
YÜZLÜK1. sif. Yüz vahidlə ölçülən. Yüzlük lampa.
2. is. Yüzmanatlıq kağız pul. [Mərcan bəy:] Paho, nə danışırsan? iki min manat iyirmi dənə yüzlük eləyir. U.Hacıbəyov. Ərz etdiyimdən ötrü ən azı bir diricə yüzlük lazımdır, çünki bu iş şeyxülislama qədər gedib çata bilər. S.Rəhimov. // sif. Yüz manat dəyərində olan; yüzmanatlıq. Yüzlük bilet. □□ Yüzlük tərəzi - çəkilən şey yüz dəfə yüngül daşla tarazlaşdırılan xüsusi quruluşlu tərəzi. Paylaşın - Hamı bilsin
|