İzahlı lüğət

YÜYÜRMƏK

f . Qaçmaq, qoşaraq getmək, bərk getmək, qaça-qaça getmək; qoşmaq. Hara belə yüyürürsən? Uşaqlar yüyürməkdən yoruldu. - Küçədən bir çocuq yüyürdü evə.. M.Ə.Sabir. İtlər quyruqlarını, qulaqlarını şəkləyərək birdən-birə hürməyə, yüyürməyə başladılar. A.Şaiq. □ Yüyürübyortmaq - çox yüyürmək, qaçmaq. Üstünə yüyürmək - hücum etmək, üstünə cummaq. Əlinə silah alanlar.. düşmən üstünə yüyürdü. Mir Cəlal.
yüyürə-yüyürə zərf Qaça-qaça, qoşaraq, çaparaq. Yüyürə-yüyürə getmək. - Çiyni yapıncılı çobanın yüyürə-yüyürə gəldiyini görən Səməd Gülgəzi.. yarpaqların arasında gizlətdi, özü isə yenə haçaya endi. İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed