İzahlı lüğət

YÜZ

say 1. Doxsan doqquzdan sonra gələn rəqəm - 100. Yüz manat. Yüz nəfər. Yüz faiz. Yüz addımlıqda. On dəfə on yüz elər. // Başqa saylarla birlikdə. Dörd yüz kilo. Təyyarə saatda 600 kilometr yol gedir. □ Yüz il - bir əsr. Bir taleyin əllərində cütlənmiş zərik; Yüz il qoşa atılsaq da qoşa düşmərik. M.Araz.
2. Qeyri-müəyyən çox miqdar mənasında. Sənə yüz dəfə demişəm ki... Yüz ildir ki, onu görməmişəm. - Yüz dəfə ölç, bir dəfə biç. (Ata. sözü). Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli.
□□ Yüz... dəyər - bir şeyin başqa bir şeyə nisbətən çox-çox üstünlüyünü, yaxşılığını bildirir. Nə qədər olsa qoca gərçi Vidadi xəstə; Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər. M.V.Vidadi. Yüz faiz - bax yüzdə yüz. [Sultan:] Mən yüz faiz əminəm, o saatca başlardın ki, əmi, belə çal-saqqal vaxtında o yaşda adamla evlənmək sənə yaraşmaz. İ.Hüseynov. Yüzdə doxsan doqquzu - demək olar ki, hamısı. Dünyada firəng dilini və elmini mükəmməl təhsil eliyən müsəlmanların yüzdə doxsan doqquzu heç bilməz ki, orucu necə tutarlar. C.Məmmədquluzadə. Yüzdə yüz - 100 faiz, tamamilə, hamısı, bütünbütünə. Planı yüzdə yüz yerinə yetirmək.
yüz... - mürəkkəb sözlərin əvvəlində bir şeyin yüz vahiddən ibarət olduğunu bildirir; məs.: yüzmanatlıq, yüzfaizlik, yüznəfərlik.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed