İzahlı lüğət

YAPIŞIQLI (ID - 42475)

sif. 1. Yanaşı, lap yaxın, birbirinə təmas edəcək dərəcədə yaxın; qonşu. Əmrahgilin evi Səlminazgilin evinə yapışıqlı idi. (Nağıl).
2. Yapışığı olan, xoşagələn, ürəyəyatan, yatımlı, qanışirin, suyuşirin, cazibəli....

YAPIŞIQSIZ (ID - 42476)

sif. Yapışığı olmayan, xoşa gəlməyən. Yapışıqsız adam.

YAPIŞIQSIZLIQ (ID - 42477)

is. Yapışığı olmama, xoşa gəlməmə; yapışmama.

YAPIŞQAN (ID - 42478)

1. is. Yapışdırmaq, bitişdirmək xassəsi olan maddə. Yapışqan sürtmək. Xarrat yapışqanı. Sintetik yapışqan. - Vəzirzadə paketləri götürüb: - Yapışqanı möhkəm olsun, barı açılmasın, - dedi. S.Rəhimov. Hidayət ehmallıca...

YAPIŞQANLAMA (ID - 42479)

“Yapışqanlamaq”dan f.is.

YAPIŞQANLAMAQ (ID - 42480)

f . Yapışqanla yapışdırmaq, bitişdirmək, yapışqan sürtmək. [Dadaş] sonra ağ kağızlardan götürüb yaşıl qovluğu yapışqanladı, hər tərəfdən onu sarıyıb, iri hərflərlə ünvanını yazdı... S.Rəhimov.

YAPIŞQANLANMA (ID - 42481)

“Yapışqanlanmaq”dan f.is.

YAPIŞQANLANMAQ (ID - 42482)

məch. Yapışqanla yapışdırılmaq (bitişdirilmək), yapışqan sürtülmək.

YAPIŞQANLAŞMA (ID - 42483)

“Yapışqanlaşmaq”dan f.is.

YAPIŞQANLAŞMAQ (ID - 42484)

f . Yapışqan kimi olmaq, yapışqana dönmək, yapışqan xassəsi almaq. isti su götürdükdə nişasta yapışqanlaşaraq həlməşik təbəqə əmələ gətirir. R.Əliyev.

YAPIŞQANLAŞMIŞ (ID - 42485)

f sif Yapışqan kimi olmuş, yapışqana çevrilmiş. Yapışqanlaşmış maddə.

YAPIŞQANLATMA (ID - 42486)

“Yapışqanlatmaq”dan f.is.

YAPIŞQANLATMAQ (ID - 42487)

icb. Yapışqanla yapışdırtmaq, yapışqan vurdurmaq, birinə yapışqanlama işi gördürmək.

YAPIŞQANLI (ID - 42488)

sif. Yapışqan sürtülmüş. // Tərkibində yapışqan olan.

YAPIŞQANLIQ (ID - 42489)

f . Yapışmaq xassəsi.

YAPIŞQANOTU (ID - 42490)

is. bot. Çay, arx və meşə kənarlarında bitən çoxillik ot bitkisi.

YAPIŞMA (ID - 42491)

“Yapışmaq”dan f.is.

YAPIŞMAQ (ID - 42492)

f . 1. Toxunduğu şeyə ilişib ayrılmamaq, yaxud zorla qopacaq bir surətdə bitişmək; sıvaşmaq. Kitabın səhifələri birbirinə yapışmışdır. Ayaqqabılarıma qəliz palçıq yapışıb. - ..[Qurban] ayaqlarına buz kimi yapışan yırtıq...

YAPMA (ID - 42493)

1. “Yapmaq”dan f.is.
is. arxit. Plastik və s. materiallardan düzəldilən bəzək. Yapma işləri. // sif. Bu cür düzəldilən. Yapma bəzək. Yapma naxışlar.
is. Divara yapılan təzək. Bir tövlə qayıtdırsan əgər, bir də samanlıq;...

YAPMAQ (ID - 42494)

f 1. Bişmək üçün təndirin divarına yapışdırmaq. Qasım əminin övrəti Həlimə xala çörək yapırdı. C.Məmmədquluzadə. Biz almışıq arvadı əppək yapa. Ə.Nəzmi. // Ümumiyyətlə, yapışdırmaq. Neyləyirdim bəzəyi, ya düzəyi?...

YAPMALIQ (ID - 42495)

is. Sünilik, saxtalıq; yapma şeyin halı.

YAPON (ID - 42496)

is. Yaponiyanın əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Yapon xalqı. Yapon dili. Yapon musiqisi.

YAPONCA (ID - 42497)

sif. və zərf Yapon dilində. Yaponca danışmaq. Yaponca lüğət.

YAPRIXMA (ID - 42498)

“Yaprıxmaq”dan f.is.

YAPRIXMAQ (ID - 42499)

bax yapıxmaq.

YAPYALQIZ (ID - 42500)

bax yapyalnız. Məndən bir az aralı mənim kimi yapyalqız; Bir ağacın altında, skamyanın üstünə; Qəzet salıb oturmuş, bir gözəl sarışın qız. S.Rüstəm.

YAPYALNIZ (ID - 42501)

zərf Tamamilə yalnız, tək, tək-tənha. Yapyalnız oturmaq. Yapyalnız qalmaq. - Belə bir anda durub yapyalnız; Ləkələnmiş bir adam lap yalnız. S.Rüstəm.

YAR (ID - 42502)

is. [fars.] 1. Dost, yoldaş. Əkinçilər yarıyam; İgidlər sərdarıyam; Qızılın adı çıxmış; Mən ondan yuxarıyam. Ə.Cavad. Bir zamanlar nə sən, nə mən; Şad görmədik dostu, yarı. S.Vurğun. □ Yar olmaq - yoldaş olmaq, dost olmaq,...

YARA (ID - 42503)

is. 1. Bədən, yaxud onun daxili orqanları toxumalarının hər hansı bir silah və ya başqa iti, bərk şeylə zədələnməsi və bu zədənin yeri. Güllə yarası. Xəncər yarası. Yarasını sarımaq. Yaradan qan axır. - Qılınc yarası sağalar,...

YARADAN (ID - 42504)

1. “Yaratmaq”dan f.is. Gələcəyi yaradanlar. - Tarixdə tarixi yaradan durur. S.Vurğun.
“Yaratmaq”dan f.sif. Yaradan əllər. Sabahı yaradan gənclərdir.
is. din. Tanrı, Allah, xaliq; xəlq edən qüvvə. [Banı xanım:] Sənə kömək...

YARADICI (ID - 42505)

1. is. Bir şey yaradan, həyata gətirən, meydana gətirən adam. Axır, bir de görüm ki, bu təzə firqənin yaradıcısı kimdir? C.Məmmədquluzadə. [Gülsabah:] ..Öz sənətini yaxşı bilməyən bir usta bir yaradıcı ola bilməz. C.Cabbarlı.
sif...

YARADICILIQ (ID - 42506)

is. İnsanın maddi və mənəvi sərvətlər yaratmağa doğru yönəldilmiş fəaliyyəti. Kütlələrin canlı yaradıcılıq fəaliyyəti. Yaradıcılıq prosesi. Söz yaradıcılığı. Elmi yaradıcılıq. Bədii yaradıcılıq. // Yaradıcı əməyin...

YARADILAN (ID - 42507)

1. “Yaradılmaq”dan f.sif.
2. is. din. Yaranmış, məxluq.

YARADILIŞ (ID - 42508)

is. 1. Yaratmaq işi; yaradılma, törədilmə, vücuda gətirilmə. [“Vətən dili” əlifba kitabının] yaradılışına bais olan səbəbini, məsələdən xaric olsa da, burada göstərməyə məcburam. F.Ağazadə.
2. Varlıq, xilqət, təbiət....

YARADILMA (ID - 42509)

“Yaradılmaq”dan f.is.

YARADILMAQ (ID - 42510)

məch. Vücuda gətirilmək, törədilmək. Stansiya yenicə yaradılmışdı.

YARADILMIŞ (ID - 42511)

f .sif. Vücuda gətirilmiş, törədilmiş.

YARA-XORA (ID - 42512)

is. Çirkli, həm də çox yarası olan.

YARA-XORALI (ID - 42513)

sif. Çirkli, həm də çox yarası olan.

YARAQ (ID - 42514)

is. 1. Silah. Koroğlu gördü, Dəmirçioğlu o qədər yaraq götürüb ki, altında tərpənə bilmir. “Koroğlu” . O saat əlimizə keçən yaraqla və bombalarla .. yola düşdük. Ə.Əbülhəsən.
2. Yaraşıq, bəzək şeyləri. Düzəlib...

YARAQ-ƏSBAB (ID - 42515)

top. köhn. Cürbəcür silahlar. [Veys:] Uşaqlar, o yaraq-əsbabı, tapançanı da qoyun bax bura, bəri küncə. Ə.Əbülhəsən.

YARAQ-ƏSLƏHƏ (ID - 42516)

top. köhn. Müxtəlif silahlar. Hacı Qara özü qorxaq olduğu halda, götürdüyü yaraq-əsləhə ilə başqalarını qorxutmaq istəyir. “Kirpi” .

YARAQ-ƏSLƏHƏLİ (ID - 42517)

köhn. bax yaraqlıyasaqlı.

YARAQLANDIRILMA (ID - 42518)

“Yaraqlandırılmaq”dan f.is.

YARAQLANDIRILMAQ (ID - 42519)

məch. Silahlandırılmaq.

YARAQLANDIRMA (ID - 42520)

“Yaraqlandırmaq”dan f.is.

YARAQLANDIRMAQ (ID - 42521)

f 1. Silahlandırmaq.
2. Müxtəlif alət və ləvazimatla təchiz etmək.

YARAQLANMA (ID - 42522)

“Yaraqlanmaq”dan f.is.

YARAQLANMAQ (ID - 42523)

f . Silahlanmaq. Dəlilər işi belə görəndə yaraqlanıb atlandılar. “Koroğlu” . [Mustafa bəy:] Xata görünür, uşaqlara deginən ki, hamısı yaraqlansınlar. Ə.Haqverdiyev. Yaraqlandın o gün sən də; Səsin düşdü dağdan-dağa....

YARAQLATMA (ID - 42524)

“Yaraqlatmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed