
YAPMA1. “Yapmaq”dan f.is.
is. arxit. Plastik və s. materiallardan düzəldilən bəzək. Yapma işləri. // sif. Bu cür düzəldilən. Yapma bəzək. Yapma naxışlar. is. Divara yapılan təzək. Bir tövlə qayıtdırsan əgər, bir də samanlıq; Mən də sağaram, həm peyinin yapma qayırram. M.Möcüz. sif. Süni, saxta, yalançı, uydurma, qondarma, yalan. Yapma gözəllik. Yapma məhəbbət. - [Oqtay:] Xatırlayırmış an, bir zaman yapma həyatın nə olduğunu .. sənə öyrədirdim. C.Cabbarlı. Gözəlliklər yapma, duyğular cansız; Mənə tən eyləyir hər yetən qansız. Ə.Cavad. Paylaşın - Hamı bilsin
|