İzahlı lüğət

YAPMAQ

f 1. Bişmək üçün təndirin divarına yapışdırmaq. Qasım əminin övrəti Həlimə xala çörək yapırdı. C.Məmmədquluzadə. Biz almışıq arvadı əppək yapa. Ə.Nəzmi. // Ümumiyyətlə, yapışdırmaq. Neyləyirdim bəzəyi, ya düzəyi? Dama, divara yapardım təzəyi. M.Ə.Sabir.
köhn. Etmək. Nə yapırsan, ay biçarə; Nə ölkəyə səs salırsan. Molla Cümə. [İsmət:] Get, nə yaparsan yap, çəkil get, durma! H.Cavid. Zeynal şaşırdı, nə yapacağını təyindən aciz kimi idi. S.Hüseyn. Bir axşamçağı idi. Başmaqseyri yapmaq fikri ilə evdən çıxdım. T.Ş.Simurq.
köhn. Tikmək, qayırmaq, düzəltmək, qurmaq. Xatirin cəm eylədin, əhli-vəfa könlün pozub; Bir imarət yapmağa min ev yıxar memar tək. Füzuli. ..Tazədən bir möhkəm barı yapdılar. “Dərbəndnamə” . İki kamança, iki tar tapdılar; Bir çəmənin üstə məclis yapdılar. Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed