
YAPIŞQAN1. is. Yapışdırmaq, bitişdirmək xassəsi olan maddə. Yapışqan sürtmək. Xarrat yapışqanı. Sintetik yapışqan. - Vəzirzadə paketləri götürüb: - Yapışqanı möhkəm olsun, barı açılmasın, - dedi. S.Rəhimov. Hidayət ehmallıca qəzeti divardan asdı, əlinin yapışqanını sildi. Mir Cəlal.
2. sif. Dəydiyi yerə yapışıb zorla ayrılan, yapışmaq xassəsi olan. Yapışqan palçıq. Paylaşın - Hamı bilsin
|