İzahlı lüğət

YUMRULANMAQ (ID - 44175)

f . 1. Yumru olmaq, yumru hala gəlmək; dəyirmilənmək, girdələnmək.
2. məc. Kökəlmək.

YUMRULAŞMA (ID - 44176)

“Yumrulaşmaq”dan f.is.

YUMRULAŞMAQ (ID - 44177)

f . 1. Getdikcə yumru şəkil almaq, yumru olmaq.
2. məc. Getdikcə yumru olmaq; kökəlmək.

YUMRULATMA (ID - 44178)

“Yumrulatmaq”dan f.is.

YUMRULATMAQ (ID - 44179)

f . Yumru hala salmaq; dəyirmiləşdirmək, girdələndirmək.

YUMRULMA (ID - 44180)

“Yumrulmaq”dan f.is.

YUMRULMAQ (ID - 44181)

f . köhn. Şişib ur kimi olmaq.
□□ Yolu(n) yumrulsun, yolu yumrulmuş bax yol.

YUMRULU (ID - 44182)

sif. Yumrusu olan.

YUMRULUQ (ID - 44183)

is. 1. Yumru şeyin halı; dəyirmilik, girdəlik. Topun yumruluğu.
2. məc. Köklük, koppuşluq.

YUMRUSİFƏT (ID - 44184)

sif. Sifəti yumru və kök olan; girdəsifət. Yumrusifət uşaq. - Kamerada iki nəfər də vardı. Biri qalınqaşlı, yumrusifət oğlandı. Mir Cəlal.

YUMRUYANAQ (ID - 44185)

sif. Yanaqları yumru və kök. Teybə .. yumruyanaq, qırmızısifət, düzqamətli, dolğunəndamlı, ucaboy, zəhmli baxışları ilə nə isə daima qorxu təlqin edən bir qadındı. M.Hüseyn.

YUMŞACIQ (ID - 44186)

“Yumşaq”dan oxş. Yumşacıq uşaq əlləri.

YUMŞAQ (ID - 44187)

sif. 1. Basdıqda, toxunduqda müqavimət etməyən və batıb qalmayan; qatı, sərt olmayan. Yumşaq döşək. Yumşaq yastıq. - Bayram yumşaq kresloda oturub papağını çıxartdı, yaylıqla alnının tərini sildi. M.Hüseyn. Sadıq kişi ayağındakı...

YUMŞAQBƏDƏNLİLƏR (ID - 44188)

cəmzool. Adətən daxili skeleti olmayan, üzəri çanaqla örtülü onurğasız heyvanlar tipi. Dənizdə yaşayan yumşaqbədənlilər.

YUMŞAQCA (ID - 44189)

zərf və sif. Yumşaq, mülayim. Yumşaqca cavab vermək. Yumşaqca bir şey.

YUMŞAQDƏRİLİ (ID - 44190)

sif. Dərisi yumşaq olan.

YUMŞAQXASİYYƏT(Lİ) (ID - 44191)

sif. Xasiyyətcə, təbiətcə yumşaq, mülayim. Yumşaqxasiyyət(li) adam.

YUMŞAQXASİYYƏTLİLİK (ID - 44192)

is. Yumşaqxasiyyət adamın hal və keyfiyyəti; xasiyyətcə, təbiətcə yumşaqlıq, mülayimlik.

YUMŞAQLIQ (ID - 44193)

is. 1. Yumşaq şeyin hal və keyfiyyəti. Döşəyin yumşaqlığı. Saçın yumşaqlığı. Yunun yumşaqlığı.
Mülayimlik. Xasiyyətin yumşaqlığı. Havanın yumşaqlığı. Yumşaqlıqla şəklində zərf. bax yumşaq-yumşaq. [Məmmədhəsən...

YUMŞAQTÜK(LÜ) (ID - 44194)

sif. Tükü (saçı) yumşaq (zərif) olan.

YUMŞAQÜRƏKLİ (ID - 44195)

sif. Qəlbiyumşaq, ürəyiyumşaq; şəfqətli, rəhmdil.

YUMŞAQÜRƏKLİLİK (ID - 44196)

is. Qəlbiyumşaqlıq, rəhmdillik, şəfqətlilik, şəfqət.

YUMŞAQVARİ (ID - 44197)

sif. Bir qədər yumşaq, yumşaq kimi.

YUMŞAQYARPAQLI (ID - 44198)

sif. Yarpaqları sərt olmayan, yarpaqları yumşaq olan. Yumşaqyarpaqlı bitkilər.

YUMŞAQYUNLU (ID - 44199)

sif. Yunu yumşaq olan. Yumşaqyunlu qoyun.

YUMŞALDICI (ID - 44200)

sif. 1. Yumşaldan, yumşaq hala sala bilən. Yumşaldıcı maddələr.
2. Yüngülləşdirici, sərtliyini, şiddətini azaldıcı. Hökmü yumşaldıcı keyfiyyətlər. Təqsiri yumşaldıcı səbəblər.

YUMŞALDILMA (ID - 44201)

“Yumşaldılmaq”dan f.is. Torpağın yumşaldılması.

YUMŞALDILMAQ (ID - 44202)

məch. Yumşaq hala salınmaq.

YUMŞALMA (ID - 44203)

“Yumşalmaq”dan f.is.

YUMŞALMAQ (ID - 44204)

f 1. Yumşaq, elastik hala gəlmək; sərtliyini, bərkliyini, codluğunu itirmək. Dəri suda yumşalmışdır.
Zəifləmək, azalmaq, kəskinliyi, şiddəti keçmək. Ağrı bir qədər yumşaldı.
Mülayimləşmək; hirsi, acığı, qəzəbi,...

YUMŞALTDIRMA (ID - 44205)

“Yumşaltdırmaq”dan f.is.

YUMŞALTDIRMAQ (ID - 44206)

icb. Başqası vasitəsilə yumşaltmaq. Palçığı bir az yumşaltdırmaq lazımdır.

YUMŞALTMA (ID - 44207)

“Yumşaltmaq”dan f.is.

YUMŞALTMAQ (ID - 44208)

f . 1. Yumşaq, elastik hala salmaq; sərtliyini, bərkliyini rəf etmək. Torpağı yumşaltmaq. Yunu yumşaltmaq. Dərini suya qoyub yumşaltmaq. Dəmiri odsuz yumşaltmaq olmaz. - Qızlar təkcə kətmənlə torpaq yumşaltmırdılar. Ə.Vəliyev.
2....

YUMUQ (ID - 44209)

sif Yumulmuş vəziyyətdə olan, örtülü, qapalı. Yumuq gözlərini aç da, bir oyan; indi zaman başqa zamandır, ana! S.Vurğun.

YUMULMA (ID - 44210)

“Yumulmaq”dan f.is.

YUMULMAQ (ID - 44211)

f . Öz-özünə qapanmaq; örtülmək. Mayilin gözləri ehmal-ehmal yumuldu. Mir Cəlal.

YUMULU (ID - 44212)

sif. Yumulmuş vəziyyətdə olan; örtülü, qapalı, yumuq. - Vida deyəcəyəm Vətən mülkünə; Gözləri yumulu, əlləri açıq. M.Araz.

YUMURLAMA (ID - 44213)

“Yumurlamaq”dan f.is.

YUMURLAMAQ (ID - 44214)

bax yumrulamaq.

YUMURLANMA (ID - 44215)

“Yumurlanmaq”dan f.is.

YUMURLANMAQ (ID - 44216)

bax yumrulanmaq. Toğluların quyruğu yumrulanmış, yanları sığallanıb ət bağlamışdı. M.İbrahimov.

YUMURTA (ID - 44217)

is. 1. biol. İnsan və heyvan orqanizmlərinin yeni orqanizm vücuda gətirə bilən qadın cinsi hüceyrəsi (toxumu).
Quşların, tısbağaların və s. yumurtlayan heyvanların qabıqla örtülü belə hüceyrəsi. Toyuq yumurtası. Ördək yumurtası....

YUMURTACIQ (ID - 44218)

is. 1. Balaca yumurta.
biol. Spermatozoid hasil edən kişi tənasül vəzisi, habelə insanda və məməli heyvanlarda daxili sekresiya orqanlarından biri.
bot. Toxumcuq. Yumurtalıq yuvalarında yumurtalığın necə yerləşməsinin də böyük...

YUMURTALI (ID - 44219)

sif. 1. Yumurtası olan. Yumurtalı toyuq qırtıldayır.
2. Tərkibində yumurta olan, yumurta qatılmış. Yumurtalı xörək. Yumurtalı xəmir. Yumurtalı çörək, ədvəli küftə; Gətirib gəlmişlər birinci həftə. H.K.Sanılı.

YUMURTALIQ (ID - 44220)

1. is. Qadın cinsiyyət vəzisi.
sif. Yumurta vermək üçün yetişdirilən. Yumurtalıq toyuqlar.
bot. Çiçəkdə dişiciyin tozlanmadan sonra toxum əmələ gətirən aşağı hissə; toxumluq.

YUMURTASIZ (ID - 44221)

sif. 1. Yumurtası olmayan, yumurta verməyən.
2. Tərkibində yumurta olmayan, yumurta vurulmamış. Yumurtasız yeməklər.

YUMURTASIZLIQ (ID - 44222)

is. 1. Yumurta verməmə, yumurta çıxarmama, yumurtası olmama. Yumurtasız toyuq.
2. Tərkibində yumurta olmama, yumurta vurulmama.

YUMURTAŞƏKİLLİ (ID - 44223)

bax yumurtavari.

YUMURTAVARİ (ID - 44224)

sif. Yumurtaya oxşar, yumurta şəklində olan, görünüşcə yumurtaya oxşayan; yumurtaşəkilli.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed