İzahlı lüğət

YUMŞALTMAQ

f . 1. Yumşaq, elastik hala salmaq; sərtliyini, bərkliyini rəf etmək. Torpağı yumşaltmaq. Yunu yumşaltmaq. Dərini suya qoyub yumşaltmaq. Dəmiri odsuz yumşaltmaq olmaz. - Qızlar təkcə kətmənlə torpaq yumşaltmırdılar. Ə.Vəliyev.
2. Sərtliyini, hiddətini, inadını azaltmaq, yola gətirmək, razı etməyə çalışmaq. Ürəyini yumşaltmaq. Həyat onun xasiyyətini xeyli yumşaltmışdı. Nə qədər çalışdıqsa, onu yumşalda bilmədik. - [Naşad] [Mehribanı] yumşaltmaq məqsədi ilə mülayim bir tərzdə dedi.. S.Hüseyn. Günlər gəlib keçər, aylar adlar, Əfruz bacı Mədətin qılığına girər, onu yumşaltmağa çalışardı. S.Rəhimov. Sadıq onu yumşaltdı: - Ay arvad, səni çöldən tapmamışam, hara keyfindir, aparım. Mir Cəlal. // Hirsini soyutmaq, rəhmə gətirmək. ..Gülyaz qocanı dilə tutub yumşaltmaq, onun hirsini soyudub öz istəkli qızını bu ağır xəstəlik yatağından qaldırmaq istəyirdi. S.Rəhimov. // Kəskinliyini azaltmaq; mülayimləşdirmək. Tonunu bir qədər yumşaltmaq. // Bir qədər rahatlaşdırmaq, ağrısını, şiddətini azaltmaq, rahatlıq hissi oyatmaq. □ Sinəsini yumşaltmaq - öskürəyi azaltmaq, ciyərlərə yaxşı təsir göstərmək (dərman haqqında).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed