
YUMŞALMAQf 1. Yumşaq, elastik hala gəlmək; sərtliyini, bərkliyini, codluğunu itirmək. Dəri suda yumşalmışdır.
Zəifləmək, azalmaq, kəskinliyi, şiddəti keçmək. Ağrı bir qədər yumşaldı. Mülayimləşmək; hirsi, acığı, qəzəbi, hiddəti keçmək, hirsi soyumaq. Bir az yumşalmaq lazımdır. - Molla Qasım pulun adını eşitcək yumşalıb dedi: - Razı oluram. S.S.Axundov. Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü. Çəmənzəminli. Yumşalmadı daşa dönmüş ürəklər; Onlara göz yaşı etmədi əsər. H.K.Sanılı. Paylaşın - Hamı bilsin
|