İzahlı lüğət

YEYİB-İÇMƏK

f. 1. Qidalanmaq, yaşamaq üçün qida qəbul etmək. [Hacı Murad:] Öz yeyib-içməyiniz az idi, bunlar da artdı. S.S.Axundov. [Şeyda:] ..Böylə heyvancasına yeyib-içmək, çalışıb-çapalamaq neçin?! H.Cavid. [Gülsənəm] axır vaxtlar nə yeyibiçdiyini də bilmirdi. M.Hüseyn.
2. məc. İşrətlə, keflə məşğul olmaq. Dostları da bir-birlərinə göz vurub onu göylərə qaldırar, sağlığına yeyib-içib dağılardılar. S.Rüstəm. ..Yeyib-içən bir dəstə kefli Cumanın nəzərini cəlb etdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed