İzahlı lüğət

YAXIN

sif. 1. Məsafə etibarilə çox uzaqda olmayan; yovuq (uzaq qarşılığı). Yaxın çay. Yaxın yer. Evimizə yaxın mağaza. Yaxın aptekdən dərman al. // Zərf mənasında. Yaxın otur. Yaxın gəl. - Keşikçi yaxına gəlcək Telli xanım onun təpəsindən bir əmud ilişdirib öldürdü. “Koroğlu” . insan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq. Pərşan iki qızla çiyid dolu çuvalı yaxına gətirdi. M.İbrahimov. // Qısa. Yaxın yol. Yaxın mənzil.
2. Zaman etibarilə uzaq olmayan, tezliklə olacaq, yaxınlaşan; gələcəyinə, olacağına və s.-yə az qalmış. Yaxın gələcək. Yaxın səfər. Yaxın görüşlərdə. // Qan qohumluğu və ya dostluq münasibəti ilə bağlı olan. Yaxın qohum. Yaxın dost. Yaxın yoldaş. - Telli, müəllimi özünə ən yaxın bir adam hesab edirdi. S.Hüseyn. Çox çəkməzdi ki, ev sahibinin qohum-əqrəbası, yaxın yoldaşlardan bəziləri yığılardı. Mir Cəlal. □ Yaxın olmaq - 1) dost olmaq; yaxınlaşmaq. Böyükxanım Qulam xana yaxın olmaq üçün qəlbində vəsilələr axtarırdı. M.S.Ordubadi; 2) aralarında sevgi, məhəbbət olmaq, yaxınlıq olmaq. // is. mənasında. Yaxın adam, dost; qohum. Mənim yaxınlarım;
oxşar, bənzər, çox oxşayan (bənzəyən). Məzmunca bir-birinə yaxın əsərlər. Bir-birinə yaxın dillər. Sarıya yaxın bir rəng. Yaxın görüşlər.
Bilavasitə aidiyyəti olan, dərindən maraqlandıran, ürəyinə görə olan, mənafeyini əks etdirən; doğma, əziz. Bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın şeylərdən danışırlar. M.S.Ordubadi. Ədəbiyyat oxucuya, xalqa yaxın (z.) olmalıdır. M.İbrahimov.
Mötəbər, inanılmış. [Aslan bəy:] Yaxın yerdən bilmişəm, özü xəbər göndərmiş. Cabbarlı.
zərf Təxminilik, təqribilik bildirir. Üç aya yaxın bir müddət. Saat beşə yaxındır. Sabaha yaxın (sübh açılanda). Axşama yaxın (gün qaralanda). - Bir ilə yaxın idi ki, Gülpərinin zülmü davam edirdi. S.S.Axundov. Gecədən xeyli keçib, sübhə yaxındır artıq; Ey könül, dinlə, bahar öz qonağındır artıq. S.Rüstəm. Qafar yaşı əlliyə yaxın olan, xırdaca, arıq bir adamdı. Ə.Əbülhəsən.
□□ Yaxın durmaq - 1) yaxınlaşmaq, yanına getmək; 2) köməyə gəlmək, əl yetirmək, hümmət göstərmək. Heç kəs ona yaxın durmadı. Yaxın durmamaq - 1) yaxınına belə gəlməmək, qətiyyən iştirak etməmək, heç maraq göstərməmək. işə yaxın durmur; 2) hətta əl vurmamaq, meyil etməmək, toxunmamaq. Yeməyə heç yaxın durmadı. - Əliqulu lavaş arasında iki yanmış sümük gətirdi, Məsmə ona yaxın durmadı. Mir Cəlal. Yaxın düşmək - bax yaxın durmaq 1 -ci mənada. [Mehriban] ərindən başqa bir [kişini] sevməyi bağışlanmayan bir qəbahət sanırdı. Bu qəbahəti əxlaqa müxalif bildiyi üçün Səlimə yaxın düşməkdən qorxur, mümkün olduğu qədər ondan qaçırdı. S.Hüseyn. Nə qədər əlində dövlət var idisə, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YAK

YE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed