İzahlı lüğət

YATIRMAQ

f . 1. Yuxuya vermək, yatmağa vadar etmək, yatağa qoymaq, uyutmaq, yuxulatmağa çalışmaq. Uşağı yatırmaq. - Zeynal qapı ağzına gəldi, arvadı Mehriban, dörd ayını hələ bitirməmiş körpə Xalidəsini yatırırdı. S.Hüseyn. Böyük qız lap kiçiyi yatırıb ortancılla oynayırdı. Ə.Vəliyev.
məc. Zorakı yolla nəhayət vermək, silah gücü ilə dayandırmaq, susdurmaq, boğmaq. Üsyanı yatırmaq. // məc. Sakitləşdirmək, yavaşıtmaq, təsirini, gücünü azaltmaq, şiddətləndirməyə, gücləndirməyə, yayılmağa qoymamaq. Təbrizlilərin həyəcanını yatırtmaq üçün Hacı Səməd xan mollaları və müctəhidləri səfərbər etdi.. M.S.Ordubadi.
Aşağı əymək, aşağı sallamaq, səmtinə görə əymək. Ağacın budağını bir qədər yatırmaq.
İşini, hərəkətini dayandırmaq. ..Üyüdülməyə toplanan taxıl bitdiyindən [Murad] motoru yatırıb dışarı çıxdı. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YAM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed