İzahlı lüğət

YAXŞICA

zərf Yaxşı. Yaxşıca gəldin. Yaxşıca yadıma düşdü. Yaxşıca etdin. Yaxşıca cavabını verdin. // Yaxşı-yaxşı, lazımi surətdə. Bəlli Əhməd bazu-bəndi də, qızılları da yaxşıca gizlətdi. “Koroğlu” . [Gülçöhrə:] Bir də görsəydim, yaxşıca diqqət edərdim.. Ü.Hacıbəyov. [Qəhrəman:] Mən burada dörd nəfər yoldaşım və bir pulemyot ilə həm körpünü, həm də meydanı yaxşıca atəşə tuta bilərdim. H.Nəzərli. // Sif. mənasında. Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur yaxşıca yağlıca bozbaş ilə. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed