
YOLLANMAQ1. f. Yola düşüb getmək, bir səmtə istiqamət almaq. Səhərdir, məktəbə yollanır Xumar; Yanında bir yığın yoldaşı da var. S.Vurğun. [Səriyyə] ayaqları əsə-əsə Ayaz və Niyazı yanına saldı. Mitil yorğanı dalına atıb mehmanxanaya tərəf yollandı. M.İbrahimov.
2. məch. Göndərilmək. Şeylər çoxdan yollanıb. Məktub təyyarə ilə yollanmışdır. - Yetişdi Osmana Əşrəfdən xəbər: “Sabah yatab ilə yollanır Əjdər” . H.K.Sanılı. Paylaşın - Hamı bilsin
|