
YORĞUNLUQis. Çox işləmək, yerimək, hərəkət etmək nəticəsində bədənin gücdən düşməsi, yorulması, yaxud zehnin bir müddət səmərəli surətdə işləyə bilməyəcək hala gəlməsi; üzgünlük, taqətsizlik hissi. Bədənimin yorğunluğu hələ də getməyib. Cismani yorğunluq. Yorğunluqdan bədənim sızıldayır.
Xanım qızın mənim çöhrəmdə gördüyü dalğınlıq fikirdən deyil, uzun yolun yorğunluğundandır.. M.S.Ordubadi. □ Yorğunluğu çıxmaq - istirahət etdikdən sonra qüvvəsi özünə qayıtmaq. Yorğunluğunu almaq - istirahət etmək. Abbas bacısına: - Yavaş-yavaş gedərik, orada sən yorğunluğunu alarsan.. S.S.Axundov. Yorğunluğunu çıxartmaq bax yorğunluğunu almaq. İsabala bir az uzandı ki, yol yorğunluğunu çıxartsın. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|