İzahlı lüğət

YANĞI

is. 1. Ürəyi su istəmə, susama, susuzluq, atəş. Su yanğımı kəsmir. Atlar yanğıdan əldən düşdü. □ Yanğısını (ürək yanğısını) söndürmək - su içmək ehtiyacını (su içməklə) rəf etmək, atəşini söndürmək. Ürək yanğısını söndürmək üçün [Yunis] suyu son damlasına qədər başına çəkib ağır bir nəfəs ötürdü. Mir Cəlal.
Yanğın. Belə od olmaz, böylə alo! Od deyil, yanğı deyil, lovdur, lo! M.Ə.Sabir.
məc. Böyük həsrət, şiddətli arzu (adətən “ürək” sözü ilə). [Bayram:] Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır? M.F.Axundzadə. isa kişi bunu elə ürək yanğısı ilə soruşdu ki, Xəlil ciddən məyus oldu. Ə.Əbülhəsən.
məc. Təsir mənasında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed