İzahlı lüğət

YANLIŞ

1. sif. Düzgün olmayan, doğru olmayan; səhv. Yanlış məlumat. Yanlış söz. Yanlış fikir. - Bilirdim ki, ilk təəssürat nə qədər güclü olsa da, çox vaxt insanı birtərəfli, yanlış nəticələrə aparıb çıxardır. M.Hüseyn. Təcrübədə Azərbaycan xalq musiqisinin yanlış surətdə notaya yazılmış nümunələrinə təsadüf olunur. U.Hacıbəyov.
2. is. Səhv, qələt, xata. Yanlışlarını düzəltmək. Yanlışını tutmaq. Yanlış etdim. Bu yazının yanlışı çoxdur. - Yanlış da bir naxışdır. (Ata. sözü). Maliyyə işinin zəifliyini nəzərə alaraq, nəzmiyyənin bir hissəsini Təbrizdə buraxmaq fikrinizə gəldikdə, bu, tamamilə yanlışdır. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed