
YANILMAQf Bir işi düz görməmək, yanlışlığa, səhvə yol vermək, səhv etmək. Adam yanıla-yanıla öyrənər. (Ata. sözü). Oxşatdım, yanıldım, könül verdim mən; Bilmədən vuruldum, ey dan ulduzu. C.Cabbarlı. Yanılmayıramsa o, məzlumluğu sevən, ..səadətini axirətdə arayan dindar, mütəvəkkil bir adam idi. S.Hüseyn. Lakin elə birinci həmlədə düşmən yanıldığını başa düşdü. Ə.Əbülhəsən. // Bir şey və ya adam haqqında yanlış fikirdə olmaq, düzgün təsəvvürü olmamaq. Yoldaşım haqda çox yanılmışammış. - Səməd təsəvvüründə nə qədər yanılmışdı. I.Hüseynov.
Paylaşın - Hamı bilsin
|