YUXUis. 1. Dövraşırı yatmaq şəklində davam edən fizioloji hal (bu zaman beyin - şüur tamamilə, ya da qismən fəaliyyətdən qalır, bir sıra fizioloji proseslər zəifləyir və bədən dincəlir). Yuxudan ayılmaq. Yuxu zamanı. Yuxuda və ayıqlıqda. Uşağa yuxu lazımdır. - Bəs ki verməz yuxu göz açmağa fürsət kimsəyə; Sübh gün şəmilə hər gün çeşmi-bidar axtarır. Qövsi. Bunlar yuxudan ayılır, dava başlanır. Ü.Hacıbəyov. □ Yuxun(uz) şirin olsun! - yatmağa gedənlərə rahat yuxu arzusu. Yuxusu gəlmək - yuxulamaq, yatmaq ehtiyacı hiss etmək. Yuxun gəlməmiş yerini sal. (Ata. sözü). Yuxusu qaçmaq - hər hansı bir səbəb üzündən, yaxud səbəbsiz yuxusu pozulmaq, daha yatmaq istəməmək. Şairin gözündən yuxusu qaçmış; Hərbin əjdahası, qorxunc, dəhşətli; Cəhənnəm sayağı ağzını açmış. Şəhriyar. Yuxusuna haram qatmaq 1) bax yuxu qaçırtmaq; 2) vaxtından tez ayılmaq. Yuxusunu almaq - yatıb dincəlmək, doyunca yatmaq. Yuxusunu qaçırtmaq - yuxusunun pozulmasına səbəb olmaq. Yuxuya batmaq - bərk yuxulamaq, yatmaq. Yuxuya getmək - mürgüləyərək yatmaq, yuxulamaq. Paşa göy otun üstündə uzandı, gün kürəyinin arasını qızdıranda şirin yuxuya getdi. “Aşıq Ələsgər” . Yuxuya qalmaq yatıb qalmaq, vaxtında oyana bilməmək. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız [Salatın], yatıb yuxuya qaldı. İ.Şıxlı. Yuxuya vermək 1) yuxulatmağa çalışmaq, gözü yuxuya gedincə gözləmək. [Şahqulu:] Meyitini görüm, mən heç sarsaq deyiləm... Bircə de görüm, gecələr bizi yuxuya verib bəyimin otağında nə qayırırsan? N.Vəzirov; 2) məc. yuxulatmaq, iğfal etmək, aldatmaq. Gözlərindən yuxu tökülmək - bərk yatmaq istəmək. Gözünə yuxu getmək - yuxulamaq. Gözümə necə yuxu getdiyini xatırlamıram. M.Hüseyn. Gözünə yuxu getməmək - yuxulaya bilməmək, yata bilməmək, yuxusu qaçmaq. [Çərkəz] yorğana bürünən kimi xoruldadı. Şamxalın isə gözünə yuxu getmədi, arxası üstə uzanaraq əllərini başının altında daraqladı. İ.Şıxlı. Qəflət yuxusu - bax qəflət. Qış yuxusu, yay yuxusu - qışda və ya yayda bəzi heyvanlarda əmələ gələn yuxululuq (uyuşuqluq) halı. Ölü kimi yatmaq - çox bərk və rahat yatmaq.
2. Bax yuxugörmə. Dəhşətli yuxu. Yuxuya inanmaq. Yuxusunu yozmaq. - Yuxunun yanlışı olar, yalanı olmaz! (Ata. sözü). [Mərcan bəy:] Görəsən, bu yuxudur, yoxsa gerçəkdir? Ü.Hacıbəyov. □ Yuxu görmək - yuxuda ikən cürbəcür şeylər (hadisələr, surətlər və s.) görmək. Bu gecə pis yuxu gördüm. - [Mərcan bəy:] Yox-yox, bu, yuxudur... Mən yuxu görürəm. Ü.Hacıbəyov. Yuxusu çin olmaq yuxuda gördüyü şey həyata keçmək. Yuxusuna da gəlməmək (girməmək) - heç xəyalında da olmamaq, heç düşünməmək, ağlına belə gətirməmək. Yuxusuna girmək (gəlmək) - bir şeyi yuxuda görmək. Bakıdan beş gün ayrılanda yuxuma Xəzər girir. N.Rəfibəyli. // Qeyri-real, xəyali, gerçək olmayan şey haqqında. Bunların hamısı bir yuxu imiş. □ Yuxusunda da görməmək - heç ağla gəlməyən, mümkün hesab edilməyən şey haqqında. Utanmaq bilməzlər, həya etməzlər, insaf, vicdan, mürüvvət heç yuxularına da girməz. N.Vəzirov. □□ Yuxu kimi (gəlmək) - tamamilə unudulmuş bir şey, hadisə haqqında. Bu əhvalat adama yuxu kimi gəlir. Paylaşın - Hamı bilsin
|