
YUBİLEY[lat. yubilaeus, əsli qəd. yəh.] Bir hadisənin, yaxud bir şəxsin fəaliyyətinin və s.-nin təntənəli surətdə qeyd edilən ildönümü. Artistin yubileyini keçirdilər. - Bütün Avropada kəmyab ikən, amma Bakıda; Nə səbəbdənsə bu il oldu firavan yubiley. M.Ə.Sabir. 1933-cü ildə Azərbaycan teatrının 60 illik yubileyi keçirildi. M.Arif.
Paylaşın - Hamı bilsin
|