
YEKRƏNGsif. [fars.] 1. Eyni rəngdə olan, rəngi bir olan, bir-birinə oxşayan.
Bir cür, eyni. Mən yenə də, həmişə olduğu kimi, ona sadə və yekrəng cavablar verdim. M.S.Ordubadi. məc. Cansıxıcı, maraqsız, yeknəsəq. [İblis:] Öylə yekrəng olaraq keçsə həyat; Bıqar insan, yaşamaqdan yorular. H.Cavid. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış yekrəng olmayan, o qiymətli və silinməz xatirələr!.. A.Şaiq. Paylaşın - Hamı bilsin
|