
YURDSUZsif. Yurdu, evi, məskəni olmayan, evsiz-eşiksiz, ev-eşiyindən, yurdundan məhrum olmuş. Hələ də gəlib-gedənə əl açan yetim uşaqlar və yurdsuz arvadların əlindən tərpənmək mümkün deyildi. M.İbrahimov. // Vətənsiz. Vətən! Qoynunda bəslənmiş əməllər, arzular, şəksiz; Vətənsiz, yurdsuz insanlar yaşar aləmdə məsləksiz. S.Vurğun. Xatmurani səltənəti çöküb yerə; Bir əbədi yırtıcılar, bir də dedi; Mütilərdir tarix boyu yurdsuz qalan. M.Araz. // Sahibsiz, baxımsız, kimsəsiz; avara. [Firidun] bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sər gər dan bir halda hər gələnə əl açan qadın və qızlara baxırdı.. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|