
YAYLAis. 1. Yaylaq. [Molla Həmid:] Allaha şükür, belə səfalı yerdə, yaylada damaq çağ olmazmı? M.F.Axundzadə.
2. coğr. Dağlıqda olan düzən yerlər. Qarabağ yaylası. - Yaylanın başından hay-küy səsi gəlirdi. Mir Cəlal. Nəhayət, onlar yoxuşun başına çatıb hamar və yüksək bir yaylaya çıxdılar. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|