
YANAQis. Üzün almacıq sümüyündən çənəyə qədər olan qismi. Yanağından öpmək. Qırmızı yanaq. - Yanaq üzrə saçın tavusa bənzər; Ki, seyri cənnətül-məvayə düşmüş. Nəsimi. [Muradın] fikrində gəzib dolaşan Nigar idi. O Nigar ki gülümsərkən yanaqlarında ufacıq çuxurlar əmələ gələr, üzü qızarardı. S.Hüseyn. Narınc bütün bədənindəki qanın yanağına hücum etdiyini hiss elədi. S.Rəhman. □ Yanaqlarından qan damır - sağlam, dolğun, qırmızıyanaq adam haqqında. [Səməd Bayramlı:] Əmioğlu, maşallah, lap kökəlmisən, yanaqlarından qan damır. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|