İzahlı lüğət

YANAKI

zərf 1. Yan tərəfə çevrilmiş vəziyyətdə, yan tərəfini irəli verərək, çiynini irəli verərək, böyrünü qabağa verərək, yarıdönmüş halda. Yanakı üzmək. - Faytonçu Əhməd atların başını çəkər, yanakı oturar, köks ötürüb Əntiqənin taleyini miniklərinə danışardı. Mir Cəlal. Bayram yanakı durub sağ qulağını pəncərəyə söykəyəndə bu sözləri eşitdi: - Çörəyin arasında kağız var. M.Hüseyn. // Bir qulağının üstünə, başının bir tərəfinə çəkərək. Tüklü papağını qoyub yanakı; Baxır öz bəxtinə ayna sularda! S.Rüstəm.
2. Başını yana çevirmədən, gözləri ilə əyriəyri. Yanakı baxmaq. - Araz başını qaldırıb Əhmədi yanakı süzərək: - Atabala mənim atam deyil, babamdır! - dedi. A.Şaiq. [Bəyim] yanakı üzümə baxaraq gülümsədi. I.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed