İzahlı lüğət

YANAŞMAQ

f . 1. Yaxınına, yanma gəlmək; yaxınlaşmaq, yanbayan olmaq. O, mənə yanaşıb qolumdan tutdu. Birisi ona yanaşıb nə isə dedi. - Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi. Tamam mənə yanaşıb dedi: - Gələcəksən, burada şad görüşəcəyik. S.S.Axundov. O, Nazlıya yanaşdı, əlini onun çiyninə qoyaraq: - Nazlı! - dedi. H.Nəzərli. Yan almaq, kip yaxınlaşmaq, yaxınlaşıb dirənmək. Gəmi körpüyə yanaşdı.
Bir məsələyə və s.-yə bu və ya digər münasibət göstərmək. İşə ciddi yanaşmaq lazımdır. Müəllifin dediklərinə tənqidi yanaşmalı. - Onlar məsələyə təşkilatın mənfəəti nöqteyi-nəzərindən yanaşdılar, sən isə belə yanaşmadın. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed