
YERƏBAXANis. və sif. Zahirən sakit, dinməz, zərərsiz görünən, əslində isə hiyləgər, fitnəkar, xəbis adam haqqında. Suyun lal axanı, adamın yerəbaxanı. (Məsəl). Qaraqabaq, yerəbaxan, gözü gömgöy, rəngi kürən; O fitnələr övladının hiylə yağır sifətindən. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|