İzahlı lüğət

YASAVUL

is. tar. 1. 1917-ci il inqilabından əvvəl: başlıca olaraq kənd yerlərində polis nəfəri vəzifəsi görən şəxs. Yüzbaşının yasavulları küçələri dolanırdılar və zərərdidələri yoxlamaqda idilər. C.Məmmədquluzadə. [Mirzə Kərim:] Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev. [Bəy:] Kişinin dalınca indi də köpək kimi iki yasavul gəzir. Mir Cəlal. // Qarovulçu, mühafizəçi, qoruqçu, keşikçi. [Hacı Qara:] Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə onların əlindən dincəlməz! M.F.Axundzadə.
2. Kazak ordusunda rotmistr və kapitan çininə uyğun olan zabit rütbəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed