İzahlı lüğət

YAS

is. [ər.] 1. Yaxın bir adamın ölümü münasibətilə (hər cür zövq və əyləncədən imtina etmək və qara geymək şəklində ifadə edilən) hüzn və kədər; matəm. Yas paltarı (qara paltar). Yasa getmək. Onlarda yas var. - Yas yiyəsi kiridi, yasa gələn kirimədi. (Məsəl). Vaxtını almasın nə toy, nə də yas; Gurlayan səsinlə irəli hayqır! S.Vurğun. □ Yas qurmaq - bax yas saxlamaq 1-ci mənada. İntəhası bir ölüm var ki, orada yas qurub ağlarlar. C.Məmmədquluzadə. Yas saxlamaq - 1) ölən adam üçün matəm məclisi qurub müəyyən adətləri yerinə yetirmək; 2) yasını saxlamaq, yasda olmaq. Sağsağan atasının ölüm xəbərini gətiribdir, ona görə yas saxlayır. Ə.Haqverdiyev. Yas tutmaq bax yas saxlamaq. [Xarrat qızından soruşur:] Bu nə fikrü xəyaldır vəsvəs; Tutmusan hansı bir əzizinəyəs? S.Ə.Şirvani. Yas yeri yas saxlanılan yer, yas olan ev, ölü yeri. Hacı Nəsirin başı yas yerinə gələn adamlarla qarışdığından oğlundan xəbərsiz idi. S.S.Axundov. Elə bil yas yerinə toplaşmışdılar. M.Hüseyn. Yasdan çıxmaq - matəm müddəti qurtarmaq, yas saxlama müddəti qurtarmaq. Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə, xoş gəldin. Aşıq Ələsgər. Bütün şəhər silkinib; Əsər qoymadı pasdan; Dünənki matəm hanı? Doğrudan çıxdı yasdan. Ə.Cavad. // Hər hansı bir ictimai fəlakət münasibətilə qəbul edilmiş əlamətlərlə ifadə olunan kədər. Yas günü elan etmək. Yas əlaməti olaraq bayraqları aşağı salmaq. 2. məc. Kədər, yas, ələm; ümidsizlik. Getdi ol yasəməni zülf, salıb yasə məni; Yasimə bais olub, ah, o səmənbər getdi. S.Ə.Şirvani. Bu acı xəbəri axıdan Aras; Axdı həzin-həzin ürəyində yas. S.Vurğun. □ Yasa batmaq - çox kədərlənmək, çox qəmlənmək, çox qüssələnmək; üzü gülməmək. Hadisə mollaya o qədər təsir eləyir ki, kişi əməlli-başlı yasa batır. “M.N.lətif.” Bənövşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur. M.P.Vaqif.
□□ Yer altından yasa getmək - bax yer.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YEM

......