İzahlı lüğət

YASAQ

is. [qəd. yasa - qanun sözündən] 1. Qadağan. Mən aşığam, yasaq yoxdur dilimə; Şükr edərəm haqdan gələn zülümə. Aşıq Ələsgər. Saqi, şərab ilə məni sən tərdəmaq elə; Kimdir baxan bu zahidi-xüşkün yasağına. S.Ə.Şirvani. □ Yasaq etmək - qanunən qadağan etmək, mən etmək, icazə verməmək. Babək yenə orada qaranlıqda, ocaqlardan kənarda yük tayına söykənib dayanmışdı, dönüb çadıra tərəf baxmağı özünə yasaq eləmişdi.. Ə.Məmmədxanlı. // Yasaqdır şəklində - qadağandır. İçəri girmək yasaqdır.
2. tar. Qədimdə Volqaboyu və Sibir xalqlarından alman vergi; tövcü. // tar. Ümumiyyətlə, natural vergi; tövcü. Xan və qalan feodallar “qara camaatdan” puldan, baldan və başqa məhsullardan yasaq (xərac) toplayırdılar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed