İzahlı lüğət

YARAŞMAQ

f . 1. Uyğun gəlmək, yaxşı tutmaq, yaxşı göstərmək. Bu paltar sənə yaraşmır. - Sənə al don yaraşır, niyə qarə geymisən sən? S.Ə.Şirvani. [Mehribanın] yeni paltarı vücuduna çox yaxşı yaraşırdı. S.Hüseyn. Qaratelin üz-gözündən rişxənd yağırdı və bu ifadə qızın munis, dolğun çöhrəsinə qətiyyən yaraşmırdı. Ə.Əbülhəsən. □ ...nə yaraşır - intonasiyadan asılı olaraq gah müsbət, gah mənfi mənada işlənir. Bu yaşda ona belə paltar nə yaraşır. - Qabaqda qalırmı arpan səhərə? Üzəngilər nə yaraşır yəhərə. “Koroğlu” .
2. Layiq olmaq, münasib olmaq. Belə hərəkətlər insana yaraşmaz. - Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. [Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım. M.F.Axundzadə. [Fəridə:] Bu ki rüsvayçılıqdır, .. heç doktora yaraşarmı? Ə.Məmmədxanlı. // Uyğun olmaq, uyğun gəlmək, münasib olmaq, uymaq. Mənim yoldaşım Sadığın adını qoyublar Lağlağı, .. bu ləqəb o kişiyə heç yaraşmır. C.Məmmədquluzadə. Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verdi. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed