
YARƏB, YARƏBBİ[ər.] din. Ey Allah! Allahım! İlahi! (Allaha müraciət). Əsərsiz ahimə sən vergilən əsər, yarəb! Qövsi. Gecəgündüz canan deyib ağlaram; Yarəb, belə bilirmi ol yar məni? Q.Zakir. Nə bəlalar gətirir başıma çeşmin, yarəb! Nə qədər var imiş əl nərgisi-cadudə bəla. S.Ə.Şirvani.
Paylaşın - Hamı bilsin
|