İzahlı lüğət

YERSİZ

sif 1. Yeri, məkanı olmayan, yeriyurdu olmayan. Yersiz adam. // İs. mənasında. Yersiz gəldi, yerli qaç. (Məsəl).
Torpaqsız. Yersiz kəndlilər. Yerində, məqamında olmayan; uyğunsuz, namünasib, münasibətsiz. Yersiz söz. Yersiz söhbətlər. Yersiz danlaq. - [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, [Zeynalın] belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. // Zərf mənasında. Yersiz danlamaq. - Ev sahibinin qəribə bir ilhamla dediyi sözlər də mənə yersiz görünürdü. M.Hüseyn. Kazım müdirin hirslənməsini yersiz görüb təəssüfləndisə də, çıxıb getdi və güman etdi ki, məsələ bununla qurtardı. Mir Cəlal.
Təsirsiz. Müxbirin təklifi yersiz qalmadı. Mir Cəlal.
Nahaq, əbəs, əsassız. Yersiz nigarançılıq. Yersiz ehtiyat. Yersiz (z.) narahat olmaq.
[Rüstəm:] Xeyr, şahım, aldırma! Yersizdir bu iztirab; Rüstəm dursun, onlara; Səyavuş verir cavab. H.Cavid. [Soltan:] Sənin atan da, əmilərin də yersiz inadkarlıqdan həmişə zərər çəkiblər. İ.Hüseynov. Vəzifəsi, yeri olmayan; vəzifəsiz, işsiz. Yersiz (z.) qalmaq.
yersiz-yersiz zərf və sif. Namünasib, münasibətsiz, uyğunsuz. Yersiz-yersiz danışmaq.
[Veys] .. sol əli ilə yersiz-yersiz hərəkətlər edirdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed