
YERLİ-YATAQLIzərf 1. Geniş, ətraflı, hərtərəfli, təfsilatı ilə. Ballının yerli-yataqlı danışığı, köhnə kənd evlərini təsvir etməsi Budağı uzun müddət dərin fikirlərə qərq edirdi. Ə.Vəliyev.
Çox böyük, yekə, qocaman. [Qaçaqlar] yerli-yataqlı, şax-budaqlı qocaman bir çinarın dibində doyunca yeyib al şərabdan içmiş, yatıb xumarlanırdılar. M.Rzaquluzadə. Hamı birlikdə, köç-külfətli olaraq, bütün ailəsi ilə birlikdə. Yerli-yataqlı gəlib. Paylaşın - Hamı bilsin
|