İzahlı lüğət

YERİŞ

is. 1. Yerimək tərzi, yerimək işi. Sallana-sallana gedən Salatın; O sərxoş yerişin yola yaraşır. Aşıq Ələsgər. [Kor kişi] tamamilə əski həyatın bir yadigarı idi. Əlbisəsinin tərzi, biçimi avamlığını, yerişi gözsüzlüyünü andırırdı. S.Hüseyn. Səməd [qadının] üzünü görməsə də, yerişindən, boy-buxunundan, tərpənişindən onun lap cavan olduğunu dərhal bildi. İ.Hüseynov. □ Ayı yerişi - iki yana basa-basa yerimə.
2. Yürüş, axın, hücum. Xotkaryazmışdı ki, qoşun hazırlayır, Çənlibelə yeriş olacaq. “Koroğlu” . □ Yeriş etmək - axın halında hərəkət etmək, hücum etmək. [Vəli:] Belə yapıncını çəkdim döşümə, papağımı basdım gözümün üstünə, çomağı aldım əlimə, düşdüm sürülərin qabağına, ləhləyə-ləhləyə birbaş yeriş elədik üzü yuxarı... N.Vəzirov.
□□ Yerişini azdırmaq - 1) yorğa gedən at haqqında; 2) məc. qudurmaq, lovğa olmaq, təşəxxüslü olmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed