
YALTAQLANMAQf . Öz şəxsi xeyri və ya birinə xoş görünmək üçün başqasının qarşısında özünü alçaldaraq onun istədiyinə uyğun hərəkət etmək, danışmaq, riyakarcasına onu tərifləmək, yaltaqlıq etmək. Dövlətliyə yaltaqlanmaq bilmərəm; Qəmli ikən yalan yerə gülmərəm. M.Ə.Sabir. [Məmməd Aslan bəyə:] Gedin, almanlara yaltaqlanın siz; Qandır, xəyanətdir bütün qəsdiniz. Z.Xəlil.
Paylaşın - Hamı bilsin
|