
YALTAQsif. Yaltaqlıq edən, başqasına yaltaqlanan. Yaltaq adam. - Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi. Şeir gəzdi dilləri, gəlib çatdı saraya; Aldı yaltaq kübarlar Zülfüqarı araya. Vahabzadə. // İs. mənasında. Yaltaqlara aramızda yer yoxdur. - Olmasaydı cahanda sarsaqlar; Ac qalardı, yəqin ki, yaltaqlar. M.Ə.Sabir. Yaltaqları hazırlayan saraylar və hökmdarlardır. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|