İzahlı lüğət

YAŞ1

is. 1. Doğuluş, dünyaya gəlmə günündən keçən vaxt, il; insanın, heyvanın, bitkinin böyüməsində, inkişafında dövr; ömür. Bir yaşda olan adamlar. Yaşın neçədir? inəyin üç yaşı var. - Ağıl yaşda deyil, başdadır. (Ata. sözü). Nola xəm olsa qəddim, səndən artıqdır mənim yaşım. Füzuli. [Əsgər:] Ay xala, bura bax, ağlınca mənim neçə yaşım var? Ü.Hacıbəyov. □ Yaşa dolmaq - böyümək, yaşlı olmaq. insan oğlu yarandığı vətənindən kam alar; Ömür gəlib yaşa dolar düz ilqarı görəndə. S.Vurğun. [Hüseyn] bu zavallı arvadın nə qədər böyük əzablarla yaşayıb bu yaşa dolduğunu düşünürdü. S.Rəhman. Yaşı ötmək - hər hansı bir yaş həddini ötmək, keçmək. Yaşı ötdüyünə görə aspiranturaya qəbul olunmadı. Onun əsgərlik yaşı ötmüşdür. Yaşı sanı - ömründəki illər qədər, çoxlu. Usta yaşı sanı bənna yetişdirmişdir.
2. Çıxışlıq halda: yaşından - anadan olduğu gündən: bütün ömrü boyu, ömründə; heç vaxt. Heç dərsə baxmayıb sanki yaşından; Fikirlər quş olub uçdu başından. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed