İzahlı lüğət

YAŞ2

1. sif. Canına su, rütubət hopmuş; rütubətli, çox nəm, az islaq, sulu (quru ziddi). Yaş paltar. Yaş yer. Yaş qum. Yaş əlləri ilə tutmaq. // Hələ canında su qalmış, qurumamış. Yaş səbzə. Yaş meyvə. - Yaş ağaca balta vurmazlar. (Ata. sözü). [Kərim baba] iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq. Peçdə yanan yaş odunun sızıltısı eşidildi. M.Hüseyn.
is. Su, nəm, yaşlıq.
is. Göz yaşı. Sözüm yoxdur, fələk gər baxmasa gözdən axan yaşa; Budur qorxum kim, ol seyli-bəla bu körpüdən aşa. Qövsi. Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh açdı tər qumaşın. Xətayi. Bulaqlar qaynaşır yaş kimi duru; Daşlı küçələri hər zaman quru. H.K.Sanılı. Sarxan .. yanaqlarına süzülən iri yaş damlalarını sildi. M.Hüseyn. □ (Qanlı) yaş axıtmaq (tökmək) - ağlamaq, acı-acı ağlamaq. Əjdərin arvadı qanlı yaş tökdü; Xırda uşaqları boynunu bükdü. H.K.Sanılı. Məsum kişi özünü saxlaya bilmədi, gözündən parıl-parıl yaş tökdü. Mir Cəlal. Yaş boğmaq - ağlamaq istəmək. Gülsəhəri yaş boğur, rəng verib rəng alırdı. Ə.Vəliyev.
sif. və is. qəd. Cavan, gənc, azyaşlı. Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var; Yaş uşaqlardır yetim, onlarda yox rəsmiədəb. Füzuli.
□□ Qurunun oduna yaş da yanır - günahsız olaraq cəza çəkənlər haqqında.
yaş-yaş zərf Yaş halda; qurumamış, qurumadan. Odunları yaş-yaş ocağa qoymaq. Köynəyi yaş-yaş ütüləmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YUN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed