İzahlı lüğət

YELLƏMƏK

f . 1. Sərinləmək üçün bir şeylə havanı hərəkətə gətirmək, hava cərəyanı yaratmaq. Yelpiclə üzünü yelləmək. -Rüstəm kişi hirsindən şapkasını çıxardı, üzünü yellədi. M.İbrahimov.
Odu, ocağı alışdırmaq, kömürü közərtmək üçün üzərində havanı bir şeylə hərəkətə gətirmək, yel vermək; körükləmək. Manqalı yelləmək. Yırğalamaq, tərpətmək, silkələmək, əsdirmək, yaxud itələmək, itələyərək o yanabu yana hərəkət etdirmək. Layla-layla deyə çəkər keşiyin; Min məhəbbətlə yelləyər beşiyin. M.Ə.Sabir. Bürcəliyev də Kərimqulu kişi kimi qaraldı, əllərini kənara yellədi. S.Rəhimov. Rüstəm kişi.. paltosunun ətəyini yelləyə-yelləyə (z.) özünü maarif idarəsindən çölə atdı. M.İbrahimov. Sürüb aparmaq. Dan yerinə şəfəq düşmüşdü, malları yellədim, gün çıxar-çıxmaz evə gəldim. A.Divanbəyoğlu. Yelə vermək, tozunu çırpmaq. Palazı yelləmək. // Sovurmaq.
məc. dan. Bir işə təhrik etmək; qızışdırmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed