İzahlı lüğət

YEM

is. 1. Heyvanlara verilən yeyəcək (arpa, ot, saman və s.). Qidalı yemlər. Şirəli yem. Siloslanmış yem. - Qara atları tövləyə çəkib yem verdi. (Nağıl). Yem gətirib yoxsa sizə verməyə? Ya ki gəlib bir quru dindirməyə? A.Səhhət. Kişi axurda yem yeyən atlarını göstərib fəxr edirdi. Mir Cəlal. // Quşlara verilən dən və s. Toyuqlara yem vermək. Quş yemi.
Quş və heyvanı cəlb etmək üçün tələyə, cələyə, duzağa qoyulan yeyəcək şey. Tələ yemi. □ Balıq yemi - qarmağa taxılan soxulcan və s.
məh., xüs. Əl üsulu ilə daş çıxararkən pazla daşın arasına qoyulan quru ot.
□□ Yemi artıq düşmək - qudurmaq, həddini azmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed