YEMƏKf . 1. Qida qəbul etmək, ağızda çeynəyib udmaq. Xörək yemək. Meyvə yemək. - Yeyərsən qaz ətini, görərsən ləzzətini. (Ata. sözü). Xudayar bəy yeyib qarnı tox,.. arxayın və rahat uzanıb yatdı. C.Məmmədquluzadə. [Mirzağa] ata və anası ilə bir evdə yaşayır, bir süfrədə yemək yeyir, onlarla bərabər yatıbdururdu. S.Hüseyn. // is. mənasında. insanın müəyyən vaxtlarda yediyi şey; taam, xörək. Yemək yemisinizmi? Hələ yemək yeməmişik. Sabah yeməyi (səhər yeyilən şey). Axşam yeməyi (axşam yeyilən şey, şam). - Heç düşünməz nədir yemək, uyqu; Gecə ulduzla, Ayla söhbət edər; Düşünür daima sabaha qədər. H.Cavid. □ Yemək masası (stolu) - üstündə yemək yeyilən stol. Usta əlindəki gül dəstəsini yemək masasının üstünə atdı.. M.Hüseyn. Yemək otağı - yemək yeyilən otaq, yemək yeyilmək üçün ayrılmış otaq. Zeynal geniş bir şüşəbəndi keçib yemək odasına girdi. S.Hüseyn. Yemək otağına sükut çökmüşdü. Arabir çay içənlərin marçıltısı eşidilirdi. Ə.Vəliyev. Yemək, ruzi. [Qatama] Qanqın şimalına doğru yürüyərək hər yerdə sehr göstərib yeməyini təmin edirdi. Çəmənzəminli.
dan. Sancmaq, dişləmək. Qollarımı başdan-başa ağcaqanad yeyib. Aşındırmaq, oymaq, dağıtmaq. Su sahili yeyib dağıdır. Dəmiri pas yeyir. Qələvi dəriyə aşındırıcı təsir edir, onu yeyir. // Gəmirərək, içindən yeyərək xarab etmək, korlamaq, pozmaq, dağıtmaq. Xalçanı güvə yeyib. Meyvələri qurd yeyib. məc. Üzmək, əldən salmaq, rahat buraxmamaq. Xəstəlik bədənini yeyir. - Yad gördü, dedi məni; Dərd oydu, yedi məni; Vəfasıza sirr verdim; Aləmə dedi məni. (Bayatı). Şamil ali təhsilini bitirib gəlincə təhsil də onu yeyib bitirmişdi. A.Şaiq. məc. dan. Heç bir imkan verməmək, dözülməz şərait yaratmaq, gözümçıxdıya salmaq, yaşamağa, çalışmağa qoymamaq. // məc. Yox etmək, məhv etmək. Naçalnik elə bir halətdə mənim üzümə baxırdı ki, deyirdim, bu saat məni yeyəcək. C.Məmmədquluzadə. [Qacar:] Çox da tərifləmə mənə vətəni; Bu qılınc olmasa, yeyərlər məni. S.Vurğun. Elə bil ev qurd olub [Dumanı] yemək istəyirdi. Ə.Vəliyev. // Məhv etmək, qırıb tökmək. Çəyirtkə taxılı yedi. məc. dan. Həyasızcasına mənimsəmək, alıb verməmək. Özgənin malını yemək. - Dəstədə olan adamların biri Mir Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə. [Məşədi İbad:] ..Özü də hələ mənim beş min manat pulumu yeyibdir. Ü.Hacıbəyov. məc. dan. Məruz qalmaq, uğramaq. Şillə yemək. Kötək yemək. - Molla əvvəlcə vermək istəmədi, bir neçə aynalı dürtməsi yeyəndən sonra, sandığın ağzını açdı. “Qaçaq Nəbi” . Yarəb, ol qəmzən oxun bin yerdən artıq yemişəm. Nəsimi. Əhməd onu təhdid və təqib edirdi. Sağ böyründən bir qurşun yemişdi. Şaiq. // məc. Dözmək, dözərək cavab verməmək. Daşdəmiroğlunun ayağına getməyi, hörmət görmək əvəzinə onun ağır sözlərini yeməyi Muqim bəyə çox ağır gəlirdi. S.Rəhimov. Bir sıra sözlərə qoşularaq müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: başını yemək, qəm yemək, ürəyini yemək, acıq yemək. □□ Yemək istəmək - qızğın məhəbbət göstərmək, öz hissiyyatını bir şeylə ifadə etmək. Mehriban məhəbbətlə qarışıq bir həyəcanla Rəmziyənin üzündən, dodaqlarından, gözlərindən öpməyə başladı. Onu öz öpüşləri ilə sanki yemək istəyirdi. S.Hüseyn. Yeməyi gəlmək - 1) yemək xoşuna gəlmək, istəmək; 2) son dərəcə xoşuna getmək. Adamın yeməyi gəlir. Paylaşın - Hamı bilsin
|