
YELLƏTMƏKicb. Yellənməyə məcbur etmək; yelləndirmək. Çay aşağı getmərəm; Çadramı yellətmərəm; Xoruzgöz oğlan gərək; Dul kişiyə getmərəm. (Bayatı). Qaragöz tez küncə qaçıb ucları alaçığın iki tərəfində bərkidilib asılmış balaca nənnini yellətdi. M.Ibrahimov. Əsən külək Gülşənin saçlarına sığal çəkir, güllü-çiçəkli paltarını yellədirdi. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|