
YALANDANzərf Əsli olmadan, aldadaraq, aldatmaq məqsədi ilə. Yalandan demək. Şəmsiyyə şübhələnirdi, atasının onu aldatdığını, yalandan arxayın saldığını düşünməyə başlayırdı. M.İbrahimov. // Süni surətdə, süni olaraq, ciddi olmayaraq; yalanbaşdan. Yalandan özünü şad göstərmək. Yalandan gülmək (ağlamaq).
Paylaşın - Hamı bilsin
|