İzahlı lüğət

YALANÇI

1. is. Yalan danışan adam, yalan danışmağı özünə adət etmiş adam. Yalançının biridir. Yalançının sözünə inanma. -Yalançının şahidi yanında olar. (Ata. sözü). Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar. M.F.Axundzadə. Doğru deyən olsaydı, yalançı usanardı; Avarə qalanlar dəxi bir söz də qanardı. M.Ə.Sabir. □ Yalançı çıxmaq vədinə əməl etməmək, sözünü yerinə yetirməmək. [Cəmilə:] Yalançı çıxmayım deyə gəldim. S.Hüseyn.
2. sif. Süni, uydurma, qeyri-həqiqi, əsilsiz, saxta, doğru olmayan. Yalançı təbəssüm. Yalançı göz yaşları. - ..Atam heç şəhərli də deyil idi ki, bəylərə bazarlıq eliyə-eliyə axırda bir yalançı bəylik qazana idi. C.Məmmədquluzadə
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed