
YALAN-PALANtop. dan. Yalan sözlər, boş, əsilsiz sözlər. [Mirzə:] Yalan-palandan sənə sonra söylərəm. Ə.Haqverdiyev. ..[Hamı] olmazın yalan-palanı eşitməkdən yorulmuşdu. Ə.Əbülhəsən. // Sif. mənasında. Saxta, uydurma. [Barat:] Bu yalan-palan kağızlar mənim qulağıma girməz. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|