
YIĞINis. 1. Koma, qalaq, topa; yığıntı halında olan şey. Ot yığını. Saman yığını. Şey yığını. Odun yığını. - Sarxan özü sağ tərəfdəki torpaq yığınının arxasında uzandı. M.Hüseyn.
Bax yığım. Kütlə, izdiham, qələbəlik, bir yerə toplanıb yığılmış camaat. □□ Bir yığın - çox miqdarda, çoxlu. Bir yığın kitab. Bir yığın adam. - Çalışdılar bu bir yığın insanlar; Xırmanlarda, tarlalarda, biçində. A.Səhhət. Səhərdir. Məktəbə yollanır Xumar; Yanında bir yığın yoldaşı da var. S.Vurğun. Paylaşın - Hamı bilsin
|