İzahlı lüğət

YIĞILMAQ

1. f Bir yerə toplaşmaq, cəm olmaq; cəmləşmək. İştirakçıların hamısı yığılmayıb. Mitinqə çoxlu adam yığılıb. Camaat yığılıb sizi gözləyir. - Hamı dükanlarını bağlayıb buraya yığılır. Ü.Hacıbəyov. Şabanın getməyini eşidib, sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Ə.Haqverdiyev.
t-siz. Yuyulmaq, islanmaq və s. nəticəsində qısalmaq, gödəlmək, əvvəlki ölçüsünü itirmək. Köynək yuyulandan sonra xeyli yığılıbdır.
məch. Toplanılmaq, dərilmək. Məhsul yığıldı. Pambıq yığılmağa başlanıbdır. - Oktyabr ayının ortaları idi. Kənddə üzüm qızğın yığılırdı. Ə.Vəliyev. Şah yedi, doydu, süfrə yığıldı. M.F.Axundzadə.
məch. Yığışdırılmaq, ortadan götürülmək; bitmək, qurtarmaq. Ağarmışdı başı uca dağların; Yığılmış dəsgahı güllü bağların. H.K.Sanılı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed