İzahlı lüğət

YIĞMAQ

f . 1. Bir yerə toplamaq, cəm etmək. Adamları bir yerə yığmaq. işçiləri yığıb söhbət aparmaq. - Aslan paşa car çəkdirib bütün camaatı meydana yığmışdı. “Koroğlu” . // Müxtəlif şəxslərdən almaq, toplamaq. Üzvlük haqqı yığmaq. Vergi yığmaq. Məlumat yığmaq. Divar qəzeti üçün məqalə yığmaq.
Qazı cənabları məktəb açmaq üçün bir gündə əlli çuval buğda “zəkat” yığdı. C.Məmmədquluzadə. Qaraçı qavalını açıb, pul yığır. Ü.Hacıbəyov. Fikirləşdim ki, bəlkə adama bir az pul yığıb verək. M.Hüseyn. // Qənaət edərək, dala ataraq yavaş-yavaş toplamaq, ehtiyat görmək. Ehtiyat yığmaq. Pul yığmaq. Yetişmiş məhsulu, meyvəni toplamaq. Taxılı yığmaq. Pambığı yığıb qurtarmaq. Bağın məhsulunu yığmaq. // Bir şey toplamaqla, dərməklə məşğul olmaq. Çiyələk yığmaq. Başaq yığmaq. Dərman otları yığmaq. - Atası Mahmudalı kişi sədrlik eləyəndə, Şamama:
Atama kömək edirəm, - deyə həvəslə pambıq yığırdı. Ə.Əbülhəsən. Yığışdırmaq, götürmək. Yorğan-döşəyi yığmaq. Xalçaları yığıb naftalinləmək. - Arvad ikinci gün nahar vaxtı stolun üstündən yanları göy haşiyəli kətan örtüyü yığmaq istəmişdi. Ə.Sadıq.
Qalaq-qalaq, topa-topa düzmək, qoymaq. Taya yığmaq. Odunu anbara yığmaq. Kitabları şkafa yığmaq. Şeyləri bir yeşiyə yığmaq. // Ümumiyyətlə, qoymaq, düzəltmək. Gülərlə Yaşar böyük tasın içində göyərti yuyub boşqablara yığırdılar. M.İbrahimov.
Quraşdırmaq, ayrı-ayrı hissələrini birləşdirib tam şəklə salmaq. Mexanizmi söküb yığmaq. Yavaş-yavaş, hissə-hissə toplamaq, kolleksiya düzəltmək. Marka yığmaq. Nadir şeylər yığmaq. Qədim kitablar yığmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YAR

YER

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed